SEPAH-ın hakimiyyət hərisliyi İranın parçalanmasına aparır...

30-03-2026, 12:24           
SEPAH-ın hakimiyyət hərisliyi  İranın parçalanmasına aparır...
Bir sıra media orqanların (Iran International tv kanalı, Obzor lt, Cursorinfo.) məlumatlürına görə, İran rejimi daxilində Hökumət və SEPAH arası şiddətli gərginlik yaşanır. İran prezidenti Məsud Pezeşkian ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Əhməd Vahidi arasında müharibənin aparılması və onun mülki əhaliyə və iqtisadiyyata dağıdıcı təsiri ilə bağlı kəskin fikir ayrılıqları yaranıb.

Prezident M. Pezeşkian SEPAH-ın münaqişəni qızışdırmaq və həm qonşu ölkələrə hücumları davam etdirmək yanaşmasını tənqid edərək, ciddi iqtisadi nəticələr barədə xəbərdarlıq edib. O, atəşkəs olmadan İran iqtisadiyyatının yaxın üç-dörd həftə ərzində çökə biləcəyini qeyd edib.
Məlumata görə, prezident SEPAH-dan nəzarəti mülki hakimiyyət orqanlarına qaytarmağı tələb edib, lakin Əhməd Vahidi tələbi rədd edib. Hələ SEPAH rəhbəri hökuməti kəskin tənqid edərək, müharibədən əvvəl islahatlar olmaması səbəbi ilə yaranan böhrana görə onu günahlandırıb.
Hələ müharibənin ilk həftəsində qarşıdurma görünürdü. Pezeşkianın münaqişənin qonşu ölkələrə yayılmasından narazılığı məlum idi: o, televiziyada çıxış edib, raket hücumlarına görə qonşu dövlətlərdən üzr istədi SEPAH rəhbərliyi isə qəzəblənib Pezeşkianı tam iqnora çağırdı.
Nə düşünmək olar? İranda müharibə, ölkənin infrastrukturunun dağılması və İranın iqtisadi blokadası, rejimin siyasəti nəticəsi kimi İranın nəinki dünya, həm də tam müsəlman dünyası tərəfdən tək buraxılması böhranı çöküşə çəkir.
Digər tərəfdən, İranın düşdüyü belə, ağır sıxıntı göründüyü kimi, hakimiyyət mərkəzində kəskin qarşıdurmaya və hətta, parçalanmaya yönəldir.
Mərkəzin parçalanması da, ötən: "Parçalanma ehtimalı istisna deyil" başlıqlı yazımda xüsusi qeyd etdiyim kimi, əyalətlər və etnik bölgələrə sirayət edə bilər. İran rejiminin, SEPAH-ın inad ilə hakimiyyəti hökumətə, islahatçı qüvvələrə (Pezeşkiana) ötürməməsi və ABŞ-a qarşı sərt duruşu, ABŞ-ı artıq, İranın parçalanma, taktiki və məcburi addımına, metoduna yönəldə bilir.
Bu halda isə, bölgəyə çevik qoşunu, və ölkələr koalisiyası toplayan ABŞ İrana canlı qoşun ilə müdaxiləsi etdikdə, İranın, etnik bölgə prinsipi üzrə parçalanma reallığı tam arta bilir. Həmin koalisiyada da iştirak edəcək Ərəb ölkələri və Pakistan və s. öz, etnik çoxluqlu bölgələrinin təhlükəsizlik, müstəqilliyini dəstəkləyər, təbii. Bu halda, Türkiyə də yəqin eyni addımını atar.
Əlbəttə, İranın molla rejimindən azad olub da, bütöv qalıb, dünyəvi, sivil və sabit inkişaflı bir demokratik dövlət olması yaxşıdır, bizim ölkə üçün də. Lakin, SEPAH-ın, "mən yoxam İran da yoxdur" inadlı mövqeyi bu indiki gedişatı, açıq deyək, İranın farslar, ərəblər, beluclar və böyük çoxluq olan bizim Güney azərbaycanlılar üzrə etnik milli hissələrə parçalanmasına yönəldir.
İlqar Altay.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru