Lavrovdan Vaşinqtona "həddini aşma" xəbərdarlığı - "Tramp beynəlxalq hüququ tanımır"

24-03-2026, 16:26           
Lavrovdan Vaşinqtona "həddini aşma" xəbərdarlığı - "Tramp beynəlxalq hüququ tanımır"
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Yaxın Şərqdəki siyasətini kəskin tənqid edərək, bəzi dövlətlərin artıq "həddini aşdığını" və heç bir hüquqi əsas olmadan başqa ərazilərdə haqq iddia etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Lavrov Vaşinqtonun İrana qarşı tutduğu mövqeni "riyakarlıq" adlandıraraq, ABŞ rəhbərliyinin bir-birinə zidd bəyanatlarla dünyanı aldatdığını bildirib.

Nazir nümunə kimi Dövlət katibi Marko Rubionun "İran Hörmüz boğazını açmalıdır, əks halda bu, beynəlxalq hüququn kobud pozulmasıdır" sözlərini göstərib və əlavə edib ki, bu bəyanatdan cəmi iki gün əvvəl Prezident Donald Tramp beynəlxalq hüququn onu maraqlandırmadığını, yalnız "öz mənəviyyatı və instinktləri" ilə hərəkət etdiyini açıq şəkildə etiraf edib.

Lavrovun sözlərinə görə, bəzi ölkələr artıq öz planlarını hüquqi çərçivəyə salmağa belə ehtiyac duymur və birbaşa təzyiq metodlarına əl atırlar. Rusiya XİN rəhbəri vurğulayıb ki, ABŞ-ın regiondakı hərbi fəaliyyəti və mülki infrastrukturu hədəf alması beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir.

O, Moskvanın vəziyyəti diplomatik müstəviyə qaytarmaq üçün vasitəçilik səylərini davam etdirəcəyini və mülki əhalinin müdafiəsində israrlı olduğunu qeyd edib. Analitiklər Lavrovun bu çıxışını Rusiyanın ABŞ-ın birtərəfli hərbi müdaxiləsinə qarşı qlobal cəbhə formalaşdırmaq cəhdi kimi qiymətləndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru