Moskva İrəvana qarşı pressinqi artırır - Overçukun dili ilə
Bu gün, 11:58
"Moskva Ermənistanın Rusiya üçün düşmən bloka çevrilmiş Aİ-yə daxil olmağa hazırlaşdığını görür". TEREF " Unikal'a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində deyib.
Qərb ölkələrinin peşəkarcasına İrəvanı cəlb etdiyini vurğulayan Overçuk xüsusilə Ermənistanın dəmir yolları məsələsinə münasibət bildirərək, Moskvanın Ermənistanın ixrac bazarlarını genişləndirməsinə qarşı olmadığını, lakin Nikol Paşinyanın Rusiyaya aid güzəştin üçüncü ölkələrə vermək təkliflərini pislədiyini vurğulayıb.
Rusiya hökumətinin baş nazirinin müavini qeyd edib ki, belə bir inkişafın uzunmüddətli ağır nəticələri olacaq.