Tramp çox qəzəblidir və kadr dəyişiklikləri planlaşdırır - "Politico"

3-04-2026, 11:57           
Tramp çox qəzəblidir və kadr dəyişiklikləri planlaşdırır - "Politico"
ABŞ Prezidenti Donald Trump ticarət naziri Hovard Lütnik və əmək naziri Lori Çaves-Deremerdən narazıdır və onların istefaya göndərilməsi məsələsini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Tramp administrasiyada dəyişikliklər etməyə hazırlaşır.

Mənbənin sözlərinə görə, prezident çox qəzəblidir və kadr dəyişiklikləri planlaşdırır. Qeyd olunur ki, Hovard Lütnikin vəzifədə qalması ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Xatırladaq ki, bundan əvvəl "Fox News" ABŞ baş prokuroru Pem Bondinin vəzifədən azad edildiyini bildirmişdi.

Eyni zamanda, ABŞ müdafiə nazirliyinin nümayəndəsi Şon Parnell quru qoşunlarının Baş Qərargah rəisi general Rendi Corcun istefasını təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru