Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoydu

8-04-2026, 09:44           
Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoydu
Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub.

Bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Təhlükəsizlik Şurasının 11 üzvü qətnamənin qəbul edilməsinə, Rusiya və Çin əleyhinə səs verib, Pakistan və Kolumbiya isə bitərəf qalıb. Bununla əlaqədar olaraq qətnamə qəbul edilməyib.

Xatırladaq ki, Fars körfəzi ərəb dövlətləri adından qətnamə layihəsinin təşəbbüskarı qismində Bəhreyn – Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri çıxış edib. Sənədi regionun digər ölkələri və ABŞ fəal şəkildə dəstəkləyib.

Qətnamə BMT-yə üzv dövlətlərə kommersiya gəmiçiliyinin qorunması və Hörmüz boğazında və onun ətrafında tankerlərin hərəkətinin bərpası üçün bütün zəruri vasitələri (o cümlədən müdafiə xarakterli hərbi qüvvəni) tətbiq etmək səlahiyyəti verməli idi. Qüvvədə olma müddəti – ən azı altı ay və ya Təhlükəsizlik Şurasının ayrıca qərarına qədər./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru