İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək - Adlar

10-04-2026, 00:11           
İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək - Adlar
İran və ABŞ arasında Pakistanda keçirilməsi planlaşdırılan tarixi danışıqlarda Tehranı təmsil edəcək yüksəksəviyyəli nümayəndə heyətinin tərkibi məlum olub.

“Qafqazinfo” “Əl-Mayadeen” televiziyasına istinadən xəbər verir ki, İran tərəfindən danışıqlarda ölkənin ən nüfuzlu siyasi və hərbi simaları iştirak edəcək.

Nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Seyid Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Baqer Zülqədr və xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi daxildir.

Kanalın məlumatına görə, xüsusilə Məhəmməd Baqer Zülqədrin heyətdə yer alması diqqət çəkir. Belə ki, o, İsrail-ABŞ-nin birgə əməliyyatı zamanı həlak olan Əli Laricanini əvəzləyərək bu vəzifəyə yeni təyin edilib və SEPAH-ın veteran komandirlərindən biri hesab olunur.

Qeyd edək ki, nümayəndə heyətlərinin aprelin 10-da İslamabada çatacağı, birbaşa danışıqların isə aprelin 11-də (Şənbə günü) başlaması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru