ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

13-04-2026, 08:24           
ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq
İran nüvə ambisiyalarından imtina etmək istəmir.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, İslamabadda bir çox cəhətdən razılaşdırılmış məqamlar hərbi əməliyyatları sona qədər davam etdirməkdən daha yaxşıdır.

“Lakin bütün bu məqamlar nüvə enerjisinin bu cür dəyişkən, çətin, gözlənilməz insanların əlində olmasına icazə verməklə heç bir əhəmiyyət kəsb etmir.

Bütün bu müddət ərzində üç nümayəndəm və İran nümayəndələri çox mehriban danışdılar, amma bunun əhəmiyyəti yoxdur, çünki onlar ən vacib məsələdə çox inadkar idilər. Hər zaman dediyim kimi, İran heç vaxt nüvə silahına sahib olmayacaq”, – deyə Tramp əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru