Starmer və Tramp Hörmüzlə gəmiçiliyin bərpasının vacibliyini vurğulayıb

27-04-2026, 09:08           
Starmer və Tramp Hörmüzlə gəmiçiliyin bərpasının vacibliyini vurğulayıb
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

AZƏRTAC Dauninq Stritə istinadla xəbər verir ki, Baş nazir Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən insidentlə bağlı Prezident və birinci xanımın təhlükəsiz olmasından məmnunluğunu ifadə edib, hadisə zamanı yaralanan polis əməkdaşının isə tezliklə sağalmasını arzulayıb.

Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. Liderlər Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu marşrutun fəaliyyətinin pozulması qlobal iqtisadiyyat və həm Böyük Britaniyada, həm də dünya üzrə yaşayış xərcləri üçün ciddi nəticələr doğura bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru