"Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." - Paşinyan belə deyir...

31-05-2026, 12:38           
"Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." - Paşinyan belə deyir...
Ermənistanda və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun olmadığını, sülhün gerçək olduğunu anlamağa başlayır. İnsanlar sülhə nə qədər çox inanmağa başlasalar, ehtimal da bir o qədər artır.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyan bunu Tavuşda keçirilən seçki kampaniyası zamanı söyləyib və qeyd edib ki, onlar bu yolla gedirlər.
Sülhdən danışan Paşinyan bildirib ki, bu gün Kirants(Güney) kəndindəki erməni uşaqlar Azərbaycandan 30 metr aralıda qorxmadan futbol oynayırlar.
Moderator.az-dan zəruri arayış:
Kirants(Güney, yaxud Günən)- Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Azərbaycanın Qazax rayonuyla həmsərhəd indiki Karvansaray (İcevan) rayonunda kənd.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru