ABŞ Livan hökumətinin Hizbullahı tərksilah etmək səylərini dəstəkləyib

Dünən, 10:44           
ABŞ Livan hökumətinin Hizbullahı tərksilah etmək səylərini dəstəkləyib
ABŞ Dövlət katibi Marko Rubio Livan Prezidenti Cozef Aunun Hizbullahın silahsızlaşdırılması istiqamətində atdığı addımları dəstəklədiyini bildirib.
Bizimyol.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Rubio Vaşinqtonda keçirilən görüş zamanı Livan hökumətinin ölkənin suverenliyinin bərpası, Hizbullahın tərksilah edilməsi və qruplaşmanın hərbi infrastrukturunun ləğvi istiqamətindəki səylərini yüksək qiymətləndirib.

Dövlət Departamentinin açıqlamasında qeyd olunub ki, Livan hakimiyyətinin həyata keçirdiyi bu tədbirlər ölkənin sülhə doğru irəliləməsinə və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

ABŞ tərəfi Livan dövlətinin təhlükəsizlik məsələləri üzərində nəzarətini gücləndirməyə və ölkənin tam suverenliyini bərpa etməyə yönəlmiş siyasətini alqışladığını bildirib.

Açıqlamada Marko Rubionun Prezident Cozef Auna və onun hökumətinə Hizbullahın silahlı infrastrukturuna qarşı həyata keçirilən tədbirlərdə "qətiyyətli addımlarına görə" təşəkkür etdiyi vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru