Kəlbəcər xəstəxanasında inventar və təmir biznesi

10-02-2016, 01:53           
Kəlbəcər xəstəxanasında inventar və təmir biznesi
Baş həkim Mehparə Kazımova rayon səhiyyəsini viran qoymaqda davam edir

Kəlbəcər Mərkəzi Xəstəxanasında işlər tərs gedir. Buna səbəb baş həkim Mehparə Kazımovanın həyata keçirdiyi bir sıra «islahat»lardır. teref.az yazır ki, Demokratiya.info-ya daxil olan məlumatlarda vurğulanır ki, baş həkim bir sıra işlərdə adını qalmaqala yazdırsa da, sonradan bunlardan sıyıra bilib.

Bəzi məlumatlara görə, rayonda tibb sahəsində keçirilən tenderlərin əksəriyyətində aparıcı fiqur olaraq çıxış edən Mehparə xanım hamısından qazanclı çıxmağa nail olub. Məsələn, onun ötən ilin sonlarına yaxın inventarların alınması üçün 10100 manat ayrılmasına rəğmən, ortada heç bir inventarın olmadığı məlum olub.

Bundan başqa, əsaslı təmir işlərinin satın alınmasına sərf olunduğu qeyd edilən 7100 manatın da Bakıda başqa işlərə sərf edildiyi bildirilir. Demokratiya.info-ya daxil olan məlumatlarda vurğulanır ki, Kəlbəcərin baş həkimi bununla da yetinməyib, maşın və avadanlıqların satın alınması adı ilə daha 26 min manatın silinməsinə nail olub.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru