“Bizdə nə zaman ucuz kredit olub ki, indi də bahalaşa?” –Vüqar Bayramovdan kreditin bahalaşma xəbərinə reaksiya

17-02-2016, 01:18           
“Bizdə nə zaman ucuz kredit olub ki, indi də bahalaşa?” –Vüqar Bayramovdan kreditin bahalaşma xəbərinə reaksiya
Mərkəzi Bankin uçot stavkasını artmasından sonra kreditlərin bahalaşacağı ilə bağlı məlumatlar yayılır.
Strateq.az xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Vüqar Bayramov izahat verib.
O, "Maraqlıdır, bizdə nə zaman ucuz kredit olub ki, indi də bahalaşa?", – deyərək, uçot stavkası 3 faiz olarkən kredit faizlərinin 29 faizədək yüksəldiyini bildirib:
"Bu regionda ən yüksək kredit faizləridir. Axi, kredit faizləri 6-7 faiz deyildi ki, stavkanın 3 faizdən 5 faizə artırılması bankların kredit faizlərinə yenidən baxmaqa məcbur edə. Uçot stavkası artıq kredit faizlərinə təsir imkanlarını çoxdan itirib.
Digər tərəfdən, mərkəzləşdirilmiş kreditlər payı kredit portfelində marjinal olduğundan bu addım heç psixoloji təsirə də malik deyil. Uçot stavkası ilə kredit faizləri arasında 10 dəfə fərq var idi, indi 6 dəfədir və əminəm ki, bu göstəricəyə görə, bizim banklar alternativsiz Ginnesin rekordlar kitabına daxil ola bilərlər. Əhalinin nəinki büdcəsinə, hətta şəxsi cibinə girən əksər banklar kredit faizlərini o qədər yüksək müəyyənləşdiriblər ki, uçot stavkası bu sürətlə də onlara çətin çata".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru