İdarə müdirinin milyonluq mülkləri

14-03-2016, 22:11           
İdarə müdirinin milyonluq mülkləri
Daşkəsəndə Gənclər və İdman İdarəsi rəisinin mülkləri açıqlanıb. TİA.AZ-a verilən məlumata görə, Samir Həsənov qısa vaxtda varlanıb və həm Daşkəsəndə, həm Gəncədə mal-mülklərinin sayını artırıb.

Gənclər və İdman İdarəsi rəisinin bu imkanlara hansı “əmək haqqı” hesabına malik olduğu ifşa edilib. Onun dövlət büdcəsindən sildiyi vəsaitləri məhz öz mülkiyyətinə yönəltdiyi məlum olub. S.Həsənov Daşkəsəndə rayon torpaq şöbəsi müdirinin qohumudur. İdarə rəisi də bu qohumluqdan istifadə edərək vəzifə səlahiyyətindən sui-istifadəyə görə cəzasız qalacağına arxayınlaşıb.

S.Həsənovun Daşkəsəndə və Gəncədə torpaq sahələri, dəbdəbəli evləri, ikimərtəbəli villası var. Gəncədə ticarət obyektini icarəyə verib. Bahalı maşın kolleksiyasına da sahiblənən idarə rəhbərinin icra başçısı Əhəd Abıyevlə sıx əlaqələri var. İcra başçısı ilə olan işbirliyinə görə idarə rəisinin gördüyü işləə göz yumurlar. Saxta sənədlər hesabına büdcə vəsaitlərinin şəxsi işlərinə sərf edən S.Həsənov artıq idarə müdirindən kiçik məmur-oliqarxa çevrilməkdədir. Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru