ABŞ-dan Əsədə böyük şok

15-03-2016, 13:20           
ABŞ-dan Əsədə böyük şok
Strategiya.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında Suriyada başda Əsəd rejimi olmaqla qarşıdurmalarda işlənən cinayətləri qınayan və bunlar üçün müharibə cinayətləri məhkəməsi qurulması tələbini ehtiva edən qərar layihəsi qəbul edilib.

Təmsilçilər Məclisi Xarici Əlaqələr Komitəsində mart ayıda müzakirə edilən layihə bu gün Nümayəndələr Məclisi ümumi heyətində müzakirə edilib. Respublikaçı Partiyanın Nyu Cersei millət vəkili Kristofer Smith tərəfindən hazırlanan H.Con.Res.121 saylı qərar layihəsi, ümumi iclasda 3-ə qarşı 392 səslə qəbul edilib. Qanun, xüsusilə Əsəd rejimi başda olmaq üzrə rejimin müttəfiqləri və digərləri tərəfindən işlənən cinayətlər üçün bir müharibə cinayətləri məhkəməsi qurulması tələbini əhatə edir. Qanunda, bu cinayətlərin "müharibə cinayətləri və insanlığa qarşı işlənən cinayətlər"lə eyni olduğu qeyd edilərək, beynəlxalq qanunların pozulmasını meydana gətirdiyi və Nümayəndələr Palatasının bunları şiddətlə qınadığı qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru