Bu YDM-də fırıldağın yeni üsulu icad olunub - Saxtakarlığı əvvəlcədən edirlər...

17-03-2016, 13:13           
Bu YDM-də fırıldağın yeni üsulu icad olunub - Saxtakarlığı əvvəlcədən edirlər...
Redaksiyamıza müraciət edən Bakı sakini Şərifov Mahir bildirir ki, dünən Səbail rayonu Badamdar qəsəbəsində yerləşən və maraqlıdır ki, adı olmayan Yanacaq Doldurma Məntəqəsində fırlldağın qurbanı olub.

Vətəndaşın DİA.AZ-a yazdığına görə, dünən qeyd olunan ərazidəki fiziki şəxs Ramiz Əhmədovun adına qeydiyyatda olan YDM-yə yaxınlaşıb: "Maşınıma 30 manatlıq 92 oktanlı benzin vurulmasını sifariş etdim və ilk başdan tələb etdim ki, benzini sürətini 1-ci şkalayla müəyyən etsinlər.

Dediyimi etdilər. Amma ilk gördüyümə inana bilmədim. Benzin şlanqdan buraxılan kimi artıq sayğacda 1 manat 52 qəpik görünürdü. Yəni guya maşınıma artıq 1 manat 52 qəpiklik benzin vurulub".

"YDM-in işçilərinə şikayət etsəm də, xeyri olmadı" deyən Bakı sakini dia.az-a müraciətində onu da qeyd edib ki, bununla bağlı İqtisadi İnkişaf Nazirliyinin "qaynar xətti"nə də xəbər verib.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru