Tahir Kərimovun oğlu görəvdən alınacaq?

18-03-2016, 12:27           
Tahir Kərimovun oğlu görəvdən alınacaq?
Tahir Kərimovun özbaşınalıqlarına görə işdən çıxarılması və yuxarı dairələrdə gözdən düşməsi oğluna da təsirsiz ötüşməyəcək

Son günlər adı dillərdən düşməyən gah şagirdlərin düzəltdiyi gül-çiçəkli keçidin altından keçən gah da iclasda şeypur çalaraq hər kəsi təəccübləndirən Salyan rayonunun sabiq icra başçısı Tahir Kərimov deyəsən oğlunun işdən çıxmasına səbəb olacaq.Belə ki, SOCAR-ın Ruminiyadakı nümayəndəliyi Həmzə Kərimov qalmaqal doğuracaq fotolarıyla gündəmə öz damğasını vurub. Həmzə Kərimovun dəbdəbəli əyləncə həyatını əks etdirən fotolarda onun sözün əsl mənasında kefdə,damaqda olduğu görsənir.
Bildirək ki,Tahir Kərimovun özbaşınalıqlarına görə işdən çıxarılması və yuxarı dairələrdə gözdən düşməsi oğluna da təsirsiz ötüşməyəcək.Dəfələrlə ölkə başçısının məmur övladlarının qudurğanlığı ilə bağlı xəbərdarlığını görünür Həmzə Kərimov qulaqardına vurur.Niyə də olmasın?!Atası özünü ərəb şəhzadəsi hiss edərsə,oğlu da gərək ki, atasının yolunu davam etdirsin.
Bolgexeber.com-a daxil olan məlumata görə yaxın günlərdə Tahir Kərimovun oğlu Həmzə Kərimovun Bakıya çağrılacağı və işdən azad olunacağı gözlənilir.
Qeyd edək ki,Həmzə Kərimovun sözügedən fotolarını tez bir zamanda sizə təqdim edəcəyik!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru