Bakıda Eldar Mahmudovun oğlunun bütün avtosalonları bağlanır

18-03-2016, 20:24           
Bakıda Eldar Mahmudovun oğlunun bütün avtosalonları bağlanır
Bakıda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluna məxsus "Crystal Motors" şirkətinin avtomobil salonları bağlanıb.

Virtualaz. org xəbər verir ki, Babək prospekti, 74 ünvanında yerləşən, “Maserati”, “Jaguar” və “Range Rover” avtomobillərinin satıldığı salon ötən həftənin şənbə günündən etibarən bağlıdır. Əməkdaşımız salona baş çəkib, qapıların bağlı olduğunu görüb. Ancaq içəridə bir neçə avtomobil hələ qalır.

Yaxınlıqdakı avtotəmir məntəqəsinin əməkdaşları mağazanın ötən həftənin şənbə günündən işləmədiyini bildiriblər. Digər məlumata görə dünən salona vergi əməkdaşları gəlib və yoxlama aparacaqlarını bildiriblər. Vergi yoxlaması axşam saatlarında başladığından əməkdaşların bəzisi bundan ancaq səhər xəbər tutub.

“Crystal Motors”un “Sədərək” yarmarkasına gedən yolun kənarında yerləşən “Jaguar” avtomobil salonu da işləmir. Müsavat.com xəbər verir ki, salonun rəhbəri Adil Axundov istintaqa çağırılıb.

“Crystal Motors” keçmiş milli təhlükəsizlik nazirinin oğlu Anar Mahmudovun “Crystal Holding” şirkətlər qrupunun tərkibindədir. E.Mahmudovun işdən çıxarılmasından sonra onun oğlunun şirkətlərinin də fəaliyyəti məhdudlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru