Direktorun 23 minlik dələduzluğu - ŞİKAYƏT

18-03-2016, 21:01           
Direktorun 23 minlik dələduzluğu - ŞİKAYƏT
Xaçmaz rayonunda qeydiyyatda olan, Bakı şəhərində yaşayan Məmmədova Səidə Oruc qızı dələduzluğun qurbanı olub. Bu barədə o, Qaynar.info-ya göndərdiyi müraciətdə bildirib.

Səidə Məmmədova yazır ki, Xaçmaz rayon Mehrəliqışlaq kənd orta məktəbinin direktoru Hacıyev Ağalar İbrahim oğlu və onun Xaçmaz Yolların Mühafizəsi İdarəsində çalışan oğlu Hacıyev Murad onu aldadaraq qızını ali məktəbə düzəltmək adı ilə 23 min manatını alıblar.

Bu gün qədər nə qızı ali məktəbə daxil olub, nə də ki, pulu geri qaytarılıb. Səidə Məmmədova dəfələrlə müxtəlif orqanlara müraciət etsə də, pulunu ala bilməyib. 23 min manatı mənimsəyən ata-oğul barədə də heç bir tədbir görülməyib.

Səidə Məmmədova mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edərək kömək istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru