Banklar çətin durumda - 11 milyard pul bata bilər

30-03-2016, 21:34           
Banklar çətin durumda - 11 milyard pul bata bilər
Rəsmi məlumata görə, Azərbaycanda 1,3 milyarda yaxın problemli kredit var.

Ekspertlərin fikrincə, valyuta siyasətində ciddi dəyişiklik olmasa problemli kreditlərin sayı daha da arta bilər. Bu baxımdan banklar ciddi maliyyə problemi yaşayırlar.

Azərbaycanda problemli kreditlərin həcmi kritik həddi keçib. Mərkəzi Bank bu istiqamətdə müəyyən addımlar atsa da, kredit sahəsində ciddi problemlər mövcuddur. Belə ki, banklar vətəndaşlara verdiyi kreditləri əksər hallarda geri ala bilmir, problem böyüyərək məhkəmə çəkişmələrinə kimi gəlib çatır.

İqtisadçılar hesab edirlər ki, problemli kreditlərin çoxalmasını yalnız borclananların ayağına yazmaq düzgün deyil.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda dollar kreditlərinin həcmi 11 milyard manat təşkil edir. Onun fikrincə, məzənnə siysətinə dəyişiklik edilməsə, kreditlərin yarısının qayıtma ehtimalı sual altındadır:

“2016-cı ilin fevral ayına olan məlumata görə, ölkə üzrə kredit qoyuluşu 21, 2 milyard manatdır. Bunun 11 milyardı xarici valyutadadır. Rəsmi məlumatlarda 1,3 milyard problemli kredit var. Düşünürəm ki, məzənnə siyasətinə hər hansı dəyişiklik edilməsə, 11 milyardın geri qaytarılması mümkün olmayacaq. 5-6 milyard manat kreditin geri qayıtması sual altındadır. Bu gün bankların müəyyən qismi vaxtı uzadır, fazirləri aşağı salır, müəyyən güzəştlər edirlər. Amma bu problemin həlli demək deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru