Bakıda univermaq qarət olundu - Qızıllar aparıldı

31-03-2016, 12:42           
Bakıda univermaq qarət olundu - Qızıllar aparıldı
Bakının Nəsimi rayonundakı iri ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib

teref.az anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsi 5 ünvanında yerləşən Moskva univermağında qeydə alınıb. Gecə vaxtı univermağa gələn naməlum şəxslər qapını sındıraraq içəri daxil olublar. Ticarət mərkəzindən xeyli miqdarda qızıl- zinət əşyaları götürən qarətçilər dərhal oranı tərk ediblər. Ticarət Mərkəzinin mühafizəçisi hadisə vaxtı yatdığından oğurluqdan xəbəri olmayıb.

Mühafizəçi baş verənlərdən xəbər tutandan sonra polisə məlumat verib. Oğurluq baş verən əraziyə və nəzarət kameralarına polis tərəfindən baxış keçirilib. Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Oğurluqda iştirak edən digər şəxslərin axtarışları davam edir. Faktla əlaqədar Nəsimi rayon polis idarəsində Cinayət məcəlləsinin 177-ci, yəni oğurluq maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru