Qaz tarifləri ilə bağlı YENİLİK:

6-10-2025, 00:07           
Qaz tarifləri ilə bağlı YENİLİK:
Azərbaycanda qazdan istifadə üzrə sabit tarif mexanizmi tətbiq ediləcək.

Bu barədə dəyişikliklər Milli Məclisdə qəbul olunan “Qaz təchizatı haqqında” qanunda öz əksini tapıb. Qanuna əsasən, qaz şəbəkəsinə qoşulmuş bütün sayğaclar üçün istehlakçılardan hər ay 1 manat məbləğində sabit ödəniş tutulacaq. Bu ödəniş qazdan istifadə edilməsindən asılı olmayaraq həyata keçirilməlidir. Qaydanın rəsmi olaraq 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcəyi nəzərdə tutulur.
TEREF xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, 2026-cı il ərzində əsasən texniki baza hazırlanacaq və sabit tarif mexanizmi faktiki olaraq 2027-ci ildən tətbiq olunacaq.

O qeyd edib ki, qaz və ya elektrik enerjisindən istifadə etməsən belə, qoşulma haqqı və texniki xidmətlərin göstərilməsi üçün hər ay müəyyən məbləğ tutulacaq. Həmçinin, qaz və digər kommunal ödənişlərin tariflərində dəyişikliklər gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru