Bakıda qorxulu vəziyyət: Yol hər an tamamilə çökə bilər VİDEO

8-10-2025, 12:24           
Bakıda qorxulu vəziyyət:
Metronun "Həzi Aslanov" stansiyasının qarşısındakı yolda asfalt örtüyü çöküb.

Yolun üzərində yaranan dərin çatlar nəqliyyatın hərəkətində ciddi maneələrə və sıxlığa səbəb olub.

Ərazidə yaşayan sakinlər bildirirlər ki, bu, ilk hadisə deyil. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər edilib. Lakin qısa zamanda görülən müvəqqəti təmir işlərindən sonra yol yenidən çöküb. Bu vəziyyət həm vətəndaşların narahatlığına, həm də təhlükəsizlik riskinə səbəb olur.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidə aidiyyəti qurum tərəfindən kommunikasiya xətlərinin çəkilişi icra edilir və hələ işlər tam yekunlaşmayıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru