“KARAT” un bahalaşdı

9-10-2025, 11:14           
“KARAT” un bahalaşdı
Azərbaycanda 6 oktyabr tarixindən unun son topdansatış qiymətləri məlum olub.
XALQ xəbər verir ki, qeyd olunan tarixdən etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,20-28,40 manat arasında dəyişir.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC (26 manat 20 qəpik), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 40 qəpik).
Beləliklə, bundan əvvəlki göstərici ilə müqayisədə 50 kq-lıq unun aşağı və yuxarı həddinin topdansatış qiyməti 40 qəpik artıb. Buna qədər isə qiymətlər 25,8-28 manat arasında dəyişirdi.
Bu ilin oktyabrın 6-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:
“ATS MİLL”, “Anadoluqida”, “AVETA”, “KARAT HOLDİNQ” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,30 manat;
“Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,40 manat;
“Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Orxan UN”, “Taxıl AQRO”, “Xırman”, “SKY AGRO”, “Avrora” MMC-lər, eləcə də “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI, “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,20 manat;
“Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,30 manat;
“Dəvəçi-Taxıl” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,20 manat;
“Gəncə Dəyirman” və “Nural” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,50 manat;
“Hazartürk LTD” və “Qarabağ un” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru