Evləri plana düşən bu binanın bəzi sakinləri kompensasiyadan narazıdırlar - VİDEO

9-10-2025, 12:34           
Evləri plana düşən bu binanın bəzi sakinləri kompensasiyadan narazıdırlar - VİDEO
Bakıda söküntü üçün təyin olunan kompensasiya məbləğinin sakinlərə ödənilmədiyi iddia edilir.

Bu iddia ilə paytaxtın Sabunçu rayonu, Qambay Vəzirov, Döngə 2 Q ünvanında yaşayan sakinlər "Xəzər Xəbər"ə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, Rixard Zorgenin Ev-muzeyi olan və hazırda yaşadıqları bina qəzalı vəziyyətdə olduğu üçün plana düşüb. Sakinlərə bunun üçün evin kvadratına uğun olaraq 1350 manat məbləğində kompensasiya təklif edilib. İddiaya görə, bu məbləğə razı olmasalar da, bəzi sakinlər ödəniş olunaraq evdən zorla çıxarılıblar, bir neçə ailəyə isə ümumiyyətlə kompensasiya ödənilməyib.

Sakinlər onu da iddia edirlər ki, yaşadıqları əraziyə uyğun olaraq 2500-2800 manat kompensasiya məbləği təyin olunsa da, onlara bundan daha az pul verilir. Evlərinin ölçüləri isə az hesablanır.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “Xəzər Xəbər”ə bildirilib ki, sakinlərin çoxsaylı müraciətlərinə əsasən aidiyyəti qurumlar tərəfindən sözügedən binaya baxış keçirilib və qəzalı vəziyyətdə olması müəyyən edilib. Sözügedən ünvan üzrə 15 mülkiyyət sahibinə hüquqmüəyyənedici və digər zəruri sənədlər əsasında notarial qaydada müqavilə bağlanılaraq, kompensasiya ödənilib və köçürülmə təmin edilib. Digər sakinlər isə təklif edilən kompensasiya məbləği ilə razılaşmayıblar.

Komitədən o da qeyd edilib ki, həmin ünvanda hər kvadratmetr üzrə kompensasiya məbləği 2500-2800 deyil, 1350 manat təyin olunub. Bu məbləğ qiymətqoyma şirkəti tərəfindən müəyyənləşdirilib. Sakinlər təklif edilən kompensasiya məbləği ilə razılaşacaqları təqdirdə, qısa müddət ərzində eyni qaydada müqavilə bağlanılaraq, kompensasiya ödəniləcək və köçürülmə təmin olunacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru