"Kristal Abşeron"un reklamları reallığı əks etdirmir? - Alıcılar şikayət etdilər, agentlik araşdırmaya başladı

10-10-2025, 00:07           
"Kristal Abşeron"un reklamları reallığı əks etdirmir? -
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kristal Bakı” ASC barəsində araşdırmaya başlayıb.

"AzPolitika"nın məlumatına görə, “Kristal Bakı” ASC uzun illərdir paytaxtda çoxmərtəbəli binaların inşası ilə tanınır və ən çox reklam olunan şirkətlərdən biridir.

Lakin son dövrlər şirkətin təmir keyfiyyəti və reklamlarında göstərilən vədlərin reallığa uyğunluğu ilə bağlı istehlakçılar arasında narazılıqlar artmaqdadır.

Çoxsaylı vətəndaş müraciətləri əsasında ASC-nin fəaliyyətinə dair araşdırma başlanılıb.

Müraciətlərdə bildirilir ki, şirkət tərəfindən inşa edilən binalardakı mənzillərin təmiri ilə bağlı yayımlanan reklamlar reallığı tam əks etdirmir. İstehlakçılar qeyd edirlər ki, reklamda göstərilən təmir səviyyəsi və faktiki yerinə yetirilən işlər arasında fərqlər mövcuddur.

Agentlik məsələni rəqabət qanunvericiliyi çərçivəsində araşdırır. Hazırda araşdırma davam edir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Agentliyin açıqlamasında araşdırmanın mövzusu göstərilib:

Agentlik məsələni rəqabət qanunvericiliyi çərçivəsində araşdırır. Hazırda araşdırma davam edir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

İnşa edilən binalardakı mənzillərin təmiri ilə bağlı yayımlanan reklamların və həmin reklamlara uyğun təmir işlərinin aparılması (xidmətlərin göstərilməsi) ilə əlaqədar rəqabət qanunvericiliyinin












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru