Azərbaycanda ödəniş bazarı iştirakçılarının dövriyyəsi 40 milyard manata yaxınlaşıb 10-10-2025, 07:54 Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyalaşdırdığı ödəniş bazarı iştirakçıları bu ilin əvvəlindən 38,8 milyard manat dəyərində əməliyyat aparıb.Bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib."Bu, böyük rəqəmdir və artmasını gözləyirik", - deyə o qeyd edib.AMB rəsmisi əlavə edib ki, indiyə qədər 18 elektron pul təşkilatına və 8 ödəniş təşkilatına lisenziya verilib. Facebook-da paylaş