2,5 milyard dollar dəyərləndirmə ilə 180 milyon dollar investisiya aldı

10-10-2025, 08:14           
2,5 milyard dollar dəyərləndirmə ilə 180 milyon dollar investisiya aldı
Süni intellekt avtomatlaşdırma platforması olan "n8n", "Accel"in rəhbərlik etdiyi C seriyası investisiya raundu çərçivəsində 180 milyon dollar sərmayə cəlb edib. "Meritech", "Redpoint", "Evantic" (Matt Miller), "Visionaries Club", "Deutsche Telekom"un korporativ investisiya bölməsi olan "T Capital" və "Nvidia"nın sərmayə qolu "NVentures"in də iştirak etdiyi raund nəticəsində şirkətin ümumi dəyəri 2,5 milyard dollara yüksəlib.

Valyuta.az xəbər verir ki, 2019-cu ildə yaradılan "n8n", müəssisələrə yüzlərlə tətbiqi inteqrasiya etməklə iş axınlarını avtomatlaşdırmağa imkan verən "süni intellekt orkestrasiya platforması" kimi fəaliyyət göstərir.

Platforma böyük dil modelləri ilə inteqrasiyadan əlavə, süni intellekt agentlərini də iş proseslərinə daxil edərək əməliyyatların daha səmərəli şəkildə təşkilini təmin edir.

Şirkətin təsisçisi və baş direktoru Jan Oberhauser bildirib ki, təşkilatlar artıq süni intellektə çıxışdan çox, onu effektiv idarə etməkdə çətinlik çəkirlər. Onun sözlərinə görə, "n8n" şirkətlərə öz süni intellekt infrastrukturunu çevik və fərdiləşdirilə bilən şəkildə qurmağa şərait yaradır.

Yeni investisiya ilə "n8n", mühəndis komandasını genişləndirməyi, yeni funksiyalar inkişaf etdirməyi və qlobal miqyasda böyüməsini sürətləndirməyi planlaşdırır. Hazırda platformadan "Vodafone", "SoftBank" və "SEAT" da daxil olmaqla 3 mindən çox korporativ müştəri istifadə edir. Son bir il ərzində gəlirlərini 10 dəfə artırdığını açıqlayan "n8n", eyni zamanda 700 mindən çox aktiv proqramçı və məzmun istehsalçısından ibarət bir icmaya dəstək göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru