"Tesla" "Optimus" robotlarının kütləvi istehsalını görə təxirə saldı

10-10-2025, 00:02           
"Tesla" "Optimus" robotlarının kütləvi istehsalını görə təxirə saldı
"Tesla" şirkəti "Optimus" adlı insanabənzər robotların kütləvi istehsalını dayandırıb. Səbəb kimi robotun quruluşundakı texniki problemlər göstərilib.

Valyuta.az xəbər verir ki, "The Information" nəşrinin məlumatına görə, layihə ilə tanış olan mənbələr "Tesla" mühəndislərinin robotun insan əli kimi çevik hərəkət edə bilməsini təmin etməkdə çətinlik çəkdiyini bildiriblər.

Məlumata əsasən, şirkətin anbarlarında artıq onlarla "Optimus" korpusu toplanıb, lakin onlarda qollar və ön qollar çatışmır. İlon Mask problemin mövcudluğunu təsdiqləsə də, istehsalın nə vaxt bərpa olunacağı barədə məlumat verməyib.

İlk dizayn problemləri hələ ötən yay müəyyən edilmişdi. Bunun nəticəsində 2025-ci ilin sonuna qədər nəzərdə tutulan istehsal planı 5000-dən 2000 ədədə endirilib. Mühəndislər bu göstəricinin də real olmadığını düşünür. Maskın özü də etiraf edib ki, insan əli kimi hərəkət qabiliyyətinə malik biləklərin hazırlanması layihənin ən çətin mərhələsidir.

Bu arada, Çində artıq humanoid robotların kütləvi istehsalı başlayıb. İlin sonunadək təxminən 1000 ədəd robotun buraxılması planlaşdırılır. Onlar əvvəlcə anbarlarda işləyəcək, gələcəkdə isə evdə yardımçı kimi istifadə oluna biləcək.

"Optimus" ilk dəfə 2021-ci ilin yayında təqdim olunmuşdu. O zaman robotlar hələ sərbəst hərəkət edə bilmirdilər. İndi isə yeriməyi, əşyalar daşımağı, sadə montaj əməliyyatları yerinə yetirməyi və hətta kung-fu hərəkətlərini icra etməyi öyrəniblər.

Layihə “ümumi təyinatlı” robot konsepsiyasına əsaslanır, yəni o, insanın görə biləcəyi istənilən işi icra etməyə yönəlib. Robotun satış qiyməti təxminən 20 min dollar (təqribən 34 min manat) səviyyəsində qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru