"Cəlilabad Şərab-2"də yoxlama: Pul vəsaitləri gizlədilib...

11-10-2025, 00:06           
"Cəlilabad Şərab-2"də yoxlama: Pul vəsaitləri gizlədilib...
"Cəlilabad Şərab-2" Açıq Səhmdar Cəmiyyətində (ASC) operativ vergi nəzarəti həyata keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən zavodda operativ vergi nəzarəti zamanı ciddi pozuntular aşkarlanıb.

Yoxlama zamanı pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən, "Cəlilabad Şərab-2" ASC barəsində 57540.85 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, nizamanamə kapitalı 352786 AZN olan "Cəlilabad Şərab-2"nin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 477940.63 AZN vergi borcu var. Şirkətin direktoru və qanuni təmsilçisi Qocayev Məmmədəli Göyuş oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru