Lənkəranda vəzifəli şəxs jurnalistə hücum etdi: “"İndi yaz da Taleh Qaraşovdan”
13-10-2025, 00:03

Lənkəranda tanınmış jurnalist Aydın Cana hücum olub. Bu barədə Aydın Can yazır:
"İndi yaz da Taleh Qaraşovdan. Niyə yazmırsan?
[...]
"Yumruğu qoyaram ağzından, qan dolar ağzına"
[...]
"Yaz da, indi yaz Taleh Qaraşovdan!!!"
"... Sənsən, sənin atandır, əbabü-əcdadındır! Yaz da Taleh Qaraşovdan"
Əflatun Əsgərov Lənkəran İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun iki dəfə iki kəndə öz nümayəndəsi təyin etdiyi rəhbər, vəzifəli şəxsdir.
Baxmayaraq ki, Əflatun Əsgərovu dövlət qulluğunda olan şəxsin iş başında olma vəziyyətinə yaraşmayan formada olmasını irad tutan Lənkəran RİH ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri irad tutduğuna görə subordinasiya qaydalarını pozduğu, kobud davrandığı üçün işdən azad edib, amma yenə də humanist davranıb yenidən işə düzəlməyinə yardımçı olub.
Əflatun Əsgərov isə iki gün qabaq elə hədə-qorxu və təhqir ilə kəndin ortasında üstümə cumub ağır cinayətlərdə ittiham etməklə məndən tələb edirdi ki, niyə Taleh Qaraşovdan indi yazmırsan, hər şey düzəlib?
Əflatun Əsgərovun mənə hücum və təhqir tonunda hərəkəti barədə sabah, yəni 13 oktyabr 2025-ci ildə həm Lənkəran polisinə, həm prokurora, həm də məhkəməyə müraciət edəcəm: hədə-qorxu yolu ilə şantaj etməkdə, işlədiyi dövrlərin kompleks təftişi və xüsusi ittiham qaydasında şərəf və ləyaqətin təhqir ilə bağlı...
Bu gün isə, sonradan bəlli olduğu kimi, şəxsi qərəzlə atılan addımlara gəlib çıxan səbəblər barədə yazacam - bir növ ərizə misalı
TEREF

