Ağasif Şakiroğlu Rəsul Quliyevin ailə üzvlərinin Azərbaycana səfəri ilə bağlı detalları açıqladı - " ... önəmli görüşlər və tədbirlər var"

13-10-2025, 00:11           
 Ağasif Şakiroğlu Rəsul Quliyevin ailə üzvlərinin Azərbaycana səfəri ilə bağlı detalları açıqladı - "
Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri, GAP-ın fəxri üzvü Rəsul Quliyevin ailə üzvlərinin 30 ildən sonra ilk dəfə Azərbaycana səfər etmələrindən danışıb.

Pravda.az-ın xəbərinə görə, A.Şakiroğlu xatırladıb ki, R.Quliyevin ailə üzvlərinin səfər proqramı Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanı və digər dövlət xadimlərini, ziyalıları anmaqla, Şəhidlər Xiyabanında ziyarət etməklə başlayıb.

Partiya sədri bildirib ki, səfər proqramı zəngindir: “İrəlidə müzəffər Ali Baş Komandanımız İlham Əliyevin azad etdiyi Qarabağ torpaqlarını ziyarət etmək və digər önəmli görüşlər və tədbirlər var. Heç şübhəsiz ki, məlum səfər ölkəmizdə 2020-ci ildə təməli qoyulmuş və artıq uzun illərdir davam edən sağlam iqtidar-müxalifət münasibətinin, aparılan uğurlu siyasi dialoqun bariz nümunəsidir. Öz adımdan, rəhbərlik etdiyim partiya adından başda cənab Prezident İlham Əliyev, çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildirirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru