Ekoloji fəlakət: "Bala Kür" quruyur (FOTO)

13-10-2025, 07:44           
Ekoloji fəlakət: "Bala Kür" quruyur (FOTO)
Kür çayının qollarından biri olan Akkuşa çayının Salyandan keçən hissəsi quruyur.

Bu barədə Oxu.Az-a Salyan rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, əvvələr kənd təsərrüfatını və ətraf kəndlərin həyətını su ilə təmin edən bu çay indi demək olar ki, qurumaq üzrədir.

"Artıq uzun müddətdir çaydan su götürmək demək olar ki, mümkün deyil. Su səviyyəsinin aşağı düşməsi həm içməli su təminatımıza, həm də əkin sahələrimizin suvarılmasına ciddi təsir göstərir. Bu vəziyyət ildən-ilə daha da pisləşir. Xahiş edirik ki, bu problem müvafiq qurumlar tərəfindən araşdırılsın. Çaya su axınının bərpası üçün tədbirlər görülsün", - deyə sakinlər bildiriblər.

Qeyd edək ki, "Bala Kür" kimi tanınan Akkuşa çayı Salyan şəhəri yaxınlığında Kür çayından ayrılan qoldur. Çayın uzunluğu 63 km təşkil edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru