Nizami rayonunda qalmaqallı anbar tikintisi: "Oraya heç maşın yerləşər?!" VİDEO
14-10-2025, 17:14
Sosial şəbəkələrdə Nizami rayonu, İmadəddin Nəsimi küçəsi, 37 ünvanında mənzil-kommunal istismarı sahəsi üçün anbar inşa olunduğu və ağaclardan birinin tikinti zamanı divara hörüldüyü ilə bağlı məlumatlar yayılıb.
Beton hissənin sökülməsinə baxmayaraq, ağac dəmir konstruksiyaların içində qalıb.
"Söküntünü dünən icra etdilər. Evdə oturmuşduq, bir də gördük ki, nəsə silkələnir. Elə bildik, zəlzələdir", - deyə sakin bildirib.