Lift yalnız 1-ci və 9-cu mərtəbəyə işləyir, aradakı sakinlər isə piyada qalır - VİDEO

15-10-2025, 15:34           
Lift yalnız 1-ci və 9-cu mərtəbəyə işləyir, aradakı sakinlər isə piyada qalır - VİDEO
Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 7 V binasının 3-cü blokunda yerləşən liftin nasaz işləməsi sakinləri çətinə salıb.

Patrulaz.az-a daxil olan məlumata görə, lift aşağı mərtəbədən yuxarıya qalxsa da, əks istiqamətdə – yuxarıdan aşağıya eniş edə bilmir. Bundan əlavə, yalnız 1-ci və 9-cu mərtəbələrə çıxış edən liftin düzgün işləməməsi səbəbindən 5-ci və 6-cı mərtəbələrə çıxışı mümkün deyil.

Buna səbəb isə liftin çağırış düyməsinin düzgün işləmədiyi göstərilir.

Sakinlərin bildirdiyinə görə, liftin texniki nasaz olmasına baxmayaraq, onlardan müəyyən məbləğdə pul da yığılır.

Redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, cavab olaraq “liftin düyməsi yoxdur” kimi bəhanələr irəli sürülür.

Görüntülərdən də aydın olur ki, 5-ci və 6-cı mərtəbədə olan sakin liftin çağırış düyməsini sıxsa da, kabinə gəlmir.

Artıq 1 ilə yaxındır ki, 5 və 6-cı mərtəbələrdə yaşayan sakinlər liftdən istifadə edə bilmirlər. Onlar aidiyyəti qurumlardan məsələyə məsuliyyətlə yanaşmalarını və liftin tam şəkildə işlək vəziyyətə gətirilməsini xahiş edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru