Gələn ildən veriləcək faizsiz kreditlər kimlərə təqdim olunacaq? VİDEO

15-10-2025, 17:14           
Gələn ildən veriləcək faizsiz kreditlər kimlərə təqdim olunacaq?  VİDEO
Gələn ildən islam bankçılığı çərçivəsində Azərbaycanda faizsiz kreditlərin verilməsi nəzərdə tutulur.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, islam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur, lakin bu, pulu qazancsız vermək mənasına gəlmir.

"İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, ölkəmizdə planlaşdırılan İslam bankçılığı məhsullarından ilkin olaraq "Murabaha" təqdim olunacaq. Bu alətdən də əsasən sahibkarlar, iş adamları yararlana biləcəklər.

Ruslan Atakişiyev qeyd edib ki, İslam dinində faiz haram hesab olunduğundan kredit faizsiz, lakin ticarət anlayışı ilə veriləcək. Yəni vətəndaşın əldə etmək istədiyi məhsulu bank alacaq və vətəndaşa üzərinə pul qoyub, ödənişi hissələrə bölüb satacaq.

Nəticə olaraq demək olar ki, vətəndaşın itirdiyi məbləğ dəyişmir. Sadəcə bu dəfə vətəndaşın artıq ödədiyi məbləğ faiz yox, ticarət adlanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru