İmişlidə marketdə BİABIRÇILIQ: şokoladlardan qurd çıxdı - FOTO

15-10-2025, 17:59           
İmişlidə marketdə BİABIRÇILIQ: şokoladlardan qurd çıxdı - FOTO
Marketdən alınan şokoladlardan qurd çıxıb.

Lent.az-ın məlumatına görə, qurdlaşmış şokoladlar İmişlidə yerləşən marketlərin birindən alınıb.

Çəki ilə satılan şokoladın etiketində isə saxlanma tarixinin hələ keçmədiyini görə bilirik, buna baxmayaraq, onların hər biri qurdlu olub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ müvafiq regional bölmə tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır:

“Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru