Banka və BOKT-a borcu olanların NƏZƏRİNƏ: Pulun qaytarılması üçün yeganə yol...

16-10-2025, 12:14           
Banka və BOKT-a borcu olanların NƏZƏRİNƏ:
Borcunu ödəməyən vətəndaşlara qarşı bank olmayan kredit təşkilatlarının (BOKT) hansı hüquqi mexanizmlərdən istifadə edə biləcəyi məsələsi müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, istər BOKT, istərsə də bank olsun, borcun qaytarılması üçün yeganə qanuni yol məhkəməyə müraciət etməkdir.

Ekspertin sözlərinə görə, borclu şəxsə qarşı iddia yalnız məhkəmə qaydasında qaldırıla bilər və qərarın icrası da yalnız icra məmuru vasitəsilə həyata keçirilir.

Ə.Həsənov qeyd edib ki, banklardan fərqli olaraq BOKT-ların kollektor xidmətlərindən istifadə etməsinə qanunla qadağa qoyulmayıb:

“Banklar qanuna əsasən, məhkəməyədək dövrdə kollektor xidmətlərindən istifadə edə bilməzlər. Çünki bu halda müştəri haqqında üçüncü şəxsə məlumat verilməsi bank sirrinin pozulması deməkdir. Amma BOKT-larda belə məhdudiyyət yoxdur və onlar bu xidmətlərdən yararlana bilirlər.”

Ekspert əlavə edib ki, borclu vətəndaşlar qanunvericiliyi bilmədiklərinə görə, bəzən kollektorların təzyiqlərinə boyun əyirlər:

“Vətəndaşın tam ixtiyarı var ki, kollektorun zənginə cavab verməsin. Əgər o, özü şərait yaratmasa, kollektorların fəaliyyəti heç bir effekt verməyəcək.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru