Göyçay rayonu, Qarabaqqal kəndində küçə itlərinin sığınacağı düz evlərin yanındadır.. VİDEO

16-10-2025, 08:32           
Göyçay rayonu, Qarabaqqal kəndində küçə itlərinin sığınacağı düz evlərin yanındadır.. VİDEO
Göyçay rayonu, Qarabaqqal kəndində yaşayan Qəfərli Taleh Mübariz oğlu tərəfindən

ŞİKAYƏT

Göyçay rayonunun Qarabaqqal kəndində sakinlərin evlərinin cəmi 10 metrliyində itlər üçün sığınacaq yaradılması nəticəsində ərazidə psixoloji gərginlik, antisanitar vəziyyət və təhlükə yaranıb.
Ailəm 1992-ci ildən bu kənddə məskunlaşıb, özüm isə 1996-cı il tarixdə bu kənddə doğulmuşam. 9 nəfərlik ailə üzvümüz burada yaşayır. 20 gündn çoxdur ki, evimizin qarşısında sığınacaq düzəldilərək yüzlərlə küçə itini ora toplayıblar. Gecə-gündüz hürmə səsləri uşaqların psixologiyasına təsir edir, quzularımızı parçalayıblar, ətrafda xəstəlik və qoxu yayılıb,Hətda kənarda ölmüş iribuynuzlu heyvan leşlərini gətirib itlərin qabağına atırlar. Bu acınacaqlı mənzərəni gözləri ilə görənlər dəhşətə gəlirlər.
Əvvəl Göyçayda yaradılmış it sığınacağı yaşayış məntəqələrindən 5–6 km uzaqda yerləşsə də, indi həmin obyektin Qarabaqqal kəndinə insanların evlərinin arasına köçürülməsi tamamilə qanunsuzdur.Biz küçə itlərinə sığınacaq yaradılmasına qarşı deyilik, amma bu, insanların yaşadığı ərazidən kənarda, sanitar normalara uyğun olmalıdır. Əks halda bu, bizim həyatımıza birbaşa təhlükədir.Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etsək də, icra başçısının müavini Kərim Seyidov bizim şikayətimizi rədd edib və sığınacaq qalacaq deyə cavab verib.
Küçə itlərinin saxlanması və nəzarət tədbirlərinin sanitar-epidemioloji və ekoloji normalara uyğun şəkildə, yaşayış məntəqələrindən uzaqda təşkil edilməlidir.
“Heyvanlar aləmi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, evsiz heyvanların saxlanması yalnız sanitar normalara uyğun yerlərdə həyata keçirilməlidir.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Mehriban xanım Əliyevaya, Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktoru Sara xanım Həsənovaya, Ekologiya və Təbii Sərvətlər Nazirinə və mdigər aidiyyatı qurumlara müraciət edirəm. Sizdən xahiş edirəm ailəmizin və uşaqlarımızın sağlamlığı, təhlükəsizliyi qorunsun. Küçə itlərinin sığınacağı kənddən uzaq bir yerə köçürülsün. Dövlət orqanlarından bu məsələyə biganə qalmamağı xahiş edirik.
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru