Azad olunmuş ərazilərin bərpası üçün proqnozlaşdırılan büdcə xərcləri açıqlanıb

16-10-2025, 10:31           
Azad olunmuş ərazilərin bərpası üçün proqnozlaşdırılan büdcə xərcləri açıqlanıb
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı xərclərin (Böyük Qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 13,5 milyard manat olacağı proqnozlaşdırılır. Bu məbləğin əsaslı xərclərdəki xüsusi çəkisi 23,5 faiz təşkil edir.

Bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi" sənədində qeyd olunub

Sənəddə bildirilib ki, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin əsas hissəsini Böyük Qayıdış Proqramının icrası, həmçinin ölkənin müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsi istiqamətində layihələr təşkil edəcək












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru