Kassada bir qiymət rəfdə isə başqa

31-10-2025, 10:38           
Kassada bir qiymət rəfdə isə başqa
Bəzi mağazalarda və müxtəlif marketlərdə qəribə hallarla rastlaşırıq. Yəqin ki, bir çoxlarımızın qarşısına marketlərdə vitrindəki endirimli və ya sərfəli qiymətlər yazılan lövhələr çıxır. Bu da istər istəməz müştərinin diqqətini çəkir. Lakin məhsulu almaq üçün götürüb kassaya yaxınlaşdıqda isə fərqli vəziyyət yaranır. Beləki rəfdəki qiymətlə kassaları qiymət tamamilə fərqli olur. Məcbur olub ya məhsulu almalı olursan ya da ümumiyyətlə məhsulu almaqdan imtina edirsən.

Bəs bu kimi məqamlard alıcılar nələri bilməlidir? Necə davranmalıdırlar?

Mövzu ilə əlaqədar marketoloq Müşviq Əlizadə Referans-a açıqlamasında bildirib ki, marketlərdə və mağazalarda vitrində göstərilən qiymət ilə kassada vurulan qiymət fərqlidirsə, bu istehlakçının aldadılması hesab olunur. Bu isə qanunla qadağandır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, satıcı (ticarət subyekti) vitrində göstərilən qiyməti əsas götürməlidir.

Marketoloq onu da diqqətə çatdırıb ki, əgər kassada daha yüksək məbləğ tələb olunursa, bu birbaşa inzibati pozuntu sayılır. Cərimə isə adətən satıcının adına yazılır, çünki əməliyyatı birbaşa o icra edir və məsul şəxs kimi qeyd olunur. Halbuki, qiymət siyasətini və sistemləri mağaza rəhbərliyi müəyyənləşdirir. Yəni, hüquqi baxımdan məsul şəxs satıcıdır, lakin faktiki məsuliyyət biznes sahibinə aiddir.

"Bir sözlə məhsulun vitrin qiyməti hüquqi əsasdır. Rəfdəki məhsulla kassadakı qiymət arasında fərq olarsa bu konkret olaraq aldadılma kimi qiymətləndirilməlidir. Bununla bağlı isə satıcının cərimələnməsinə heş bir hüquqi əsas yoxdur. Burada məsuliyyət mağaza və ya iaşə obyektlərinin rəhbərliyinin üzərinə düşür", - deyə marketoloq qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru