TƏBİB rəhbəri: Xəstəxanalarımızda qanunsuz tibb fəaliyyəti aşkarlanmayıb

31-10-2025, 07:12           
TƏBİB rəhbəri: Xəstəxanalarımızda qanunsuz tibb fəaliyyəti aşkarlanmayıb
Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı müşahidə olunur.

Valyuta.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu vəziyyət təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir.

"Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə "Mentor Klinika" layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", - V.Qurbanov əlavə edib.

V.Qurbanov eyni zamanda əlavə edib ki, bu günə qədər TƏBİB tabeli tibb müəssisələrində qanunsuz tibb fəaliyyəti ilə məşğul olma hadisəsi aşkarlanmayıb:

"Xəstəxanalara işə qəbul prosesi nəticələr əsasında həyata keçirilir. Əgər işçilərimiz sertifikasiya imtahanlarından uğursuz nəticə əldə edirlərsə, onlar ilkin mərhələdə müvəqqəti olaraq tibbi xidmətdən uzaqlaşdırılırlar. Növbəti imtahanda da uğursuz olacaqları təqdirdə, onların fəaliyyətinə tamamilə xitam verilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru