2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən 2 151,39 ton miqdarında təzə və ya soyudulmuş xiyar və kornişonlar idxal edib.
Valyuta.az xəbər verir ki, bu idxalın ümumi dəyəri 1 183,59 min ABŞ dolları təşkil edib.
1 ton məhsul üçün orta idxal qiyməti təxminən 550,25 ABŞ dolları və ya 935,43 manat olub. İdxalın əsas hissəsi İran İslam Respublikasından həyata keçirilib.
Bu ölkədən 2 150,74 ton miqdarında idxala görə 1 182,91 min ABŞ dolları vəsait xərclənib. 1 ton məhsulun orta idxal qiyməti 550,01 ABŞ dolları və ya təxminən 935 manat olub.