Qaldı Əhmədzadənin qardaşı…

31-10-2025, 11:48           
Qaldı Əhmədzadənin qardaşı…
Balakən icra başçısının həbsindən sonra nəzərlər Zaqatala İcra Hakimiyyətinə yönəlib.

Tribuna xəbər verir ki, bu rayonda da əməliyyat keçiriləcəyi istisna deyil. Zaqatalanın icra başçısı Mübariz Əhmədzadədir. O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatının keçmiş rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır.
Mübariz Əhmədzadə uzun müddətdir ki, Zaqatala rayonuna rəhbərlik edir. Bu illər ərzində hektarlarla torpaq mənimsəyib, fındıq bağlarından tutmuş təsərrüfatlara qədər böyük ərazilərdə özünə biznes qurub. Ümumiyyətlə Zaqatalada, həmçinin də Qaxda Əhmədzadənin böyük biznesi var.

Yeri gəlmişken, bu ilin yayında Qaxın icra başçısı Musa Şəkiliyev də həbs olunub. Qax və Balakəndən sonra növbənin Zaqataya çatacağı gözlənilir. Bununla da Əhmədzadələrin sözügedən regionda hökmranlığına son qoyula bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru