Azərbaycana bahalaşma dalğası gəlir - BELƏ HARA GEDİRİK?

31-10-2025, 17:22           
Azərbaycana bahalaşma dalğası gəlir - BELƏ HARA GEDİRİK?
İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda bütün sahələr üzrə, xüsusilə, ərzaq sahəsində bahalaşma dalğasının gələcəyinə dair sosial şəbəkələrdə verilən proqnozlara aydınlıq gətirib.

Ekspert Pravda.az-a açıqlamasında deyib ki, istənilən sahədə qiymət artımını sosial şəbəkələr müəyyənləşdirmir.

“Sosial şəbəkələrdəki insanlar gündəlik həyat tərzlərinə görə məsələyə belə yanaşırlar. Halbuki qiymət artımının konkret səbəbləri var. Azərbaycanda ciddi inflyasiya mövcuddur. Öz ərzaq məhsullarımızla özümüzü təmin etmək problemdir. Qeyri-ərzaq məhsulları, xüsusilə, dərman preparatları ilə bağlı xaricdən böyük asılılıq var. Digər tərəfdən hökumətin atdığı addımların da təsiri az deyil. Bəzi kommunal xidmətlərin, nəqliyyatda gedişhaqqının artırılması inflyasiyaya təsir göstərən amillərdir. İnflyasiya artıqca iş adamları itirdikləri vəsaiti qiymətlərin üzərinə gəlirlər. Belə halda təbii olaraq bahalaşma olur. İlin sonu, gələn ilin əvvəli, doğrudan da, Azərbaycanda qiymət artımı dalğası gözləniləndir", - N.Cəfərli bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru