Bulvar İdarəsi Xalça Muzeyini necə abadlaşdıracaq? - 124 minlik müqavilə

1-11-2025, 15:14           
Bulvar İdarəsi Xalça Muzeyini necə abadlaşdıracaq? -
Azərbaycan Xalça Muzeyi Dənizkənarı Bulvar İdarəsi ilə satınalma müqaviləsi imzalayıb.

Müqavilədə abadlaşdırma işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri 124 754 manat təşkil edir.

Dənizkənarı Bulvar İdarəsi adından da göründüyü kimi Milli Parkın idarəçiliyini həyata keçirən qurumdur. Abadlıq işlərinin həyata keçirilməsi kimi işlərin Bulvar İdarəsinin profilinə aid olub-olmaması ilə bağlı sualı qurumun Mətbuat Xidməti tərəfindən belə cavablandırılıb:

"Xalça Muzeyi Milli Parkın ərazisində yerləşdiyi üçün onun dörd bir tərəfini abadladırmaq, texniki xidmət göstərmək İdarənin bilavasitə işidir. Göstərilən məbləğ də illik xidmət üçün hesablanıb". - Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidməti bildirib. (Cavab əlavə olunub, 18:46)

İdarənin indiki rəhbəri Xanlar Ağalarovdur. O, 2024-cü ilin yanvarında bu vəzifəyə təyinat alıb.

Dənizkənarı Bulvar İdarəsi bir müddət əvvəl Milli Parkın "Green Flag” mükafatı alması ilə gündəmə gəlmişdi. \\Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru