GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... - SAB HEYRƏTLƏNDİRİR...
Bu gün, 16:46
Bir müddət əvvəl SAB (“Zəhmət-Ruzi” MMC) tərəfindən istehsal olunmaqda olan camış qatığında CAMIŞ SÜDÜNÜN olmamasından vətəndaş gileyini təqdim etmişdik.
Bu dəfə də SAB bizi heyrətləndirir. "DİA-AZ" xəbər verir ki, bu barədə fotofaktları təqdim edən tanınmış jurnalist Mahir Məmmədli sözügedən şirkətin istehsalı olan və GƏLƏCƏYƏ AİD olan dovğa məsullarına heyrətini ifadə edib.
M.Məmmədli yazır:
"Gələcəkdən gələn dovğa. 1 noyabr tarixində 3 noyabrda istehsal olunmuş (bəlkə də olunacaq) məhsul..."