Yevlaxda məktəbdə dərslər dəhlizdə keçirilir - Valideynlərdən ŞİKAYƏT VİDEO

2-11-2025, 09:18           
Yevlaxda məktəbdə dərslər dəhlizdə keçirilir -
Yevlaxın Salahlı kəndində yerləşən orta məktəb qəzalı vəziyyətdədir.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, 400-dən çox şagirdin təhsil aldığı orta məktəbdə yaranmış vəziyyət valideynlərin narahtlığına səbəb olub.

Sakinlər bildirirlər ki, dam örtüyünün külək qoparan hissəsində yerləşən siniflər yağış yağan zaman su içində olur. Şagirdlərin rahat dərs keçməsi demək olar ki, mümkünsüzləşir. Təbiət hadisəsinin yaradığı fəsaddan sonra məktəbin 7 sinfi bağlanıb, şagirdlər dəhlizdə dərs keçmək məcburiyyətində qalıblar.

Salahlı kənd sakinləri küləkli, yağışlı havalarda uşaqlarını məktəbdən saxlamaq məcburiyyətində qalırlar. Onlar təhsil ocağında baş verə biləcək təhlükədən daha çox ehtiyat edərək belə addım atdıqlarını bildiriblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru