“Azercell" soyğunçuluğu davam edir - 2 manatlıq bahalaşma
3-11-2025, 09:06
“Azercell Telekom” MMC daha iki internet paketi üzrə tarifləri artırır.
SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Belə ki, qərara əsasən, dekabrın 1-dən “GigaMax” və “GigaMax+” internet paketləri üzrə qiymətlər 2 manat artırılaraq müvafiq olaraq 16,9 manatdan 18,9 manata və 26,9 manatdan 28,9 manata qaldırılıb.