Tanınmış estetik-cərrah Rəşad Məmmədovdan kütləvi şikayət VİDEO

4-11-2025, 12:19           
Tanınmış estetik-cərrah Rəşad Məmmədovdan kütləvi şikayət VİDEO
Ötən həftə sosial şəbəkələrdə qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovun əməliyyat etdiyi 3 qadının şikayəti işıqlandırılmışdı.

Məsələ ictimailəşdirildikdən sonra bu dəfə eyni həkimin qurbanı olduğunu iddia edən 2 qadın da öz şikayətlərini bildiriblər.

Xəzər TV xəbər verir ki, Rüzgar Rzayevanın sözlərinə görə, iki il əvvəl sözügedən həkim tərəfindən əməliyyat edilib. 1 həftə sonra özünü pis hiss edən qadın həkimin qəbuluna yazılıb.

Bu zaman gips açılanda dərinin gipsə yapışdığını görüblər. Rüzgar Rzayeva iddia edir ki, həkim ona dəri köçürməsini söz versə də, daha sonra zənglərinə cavab verməyib. Burnunun çürüdüyünü iddia edən pasiyent həkimə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru