Abşeron xəstəxanası bazar günləri pasiyentləri qəbul etmir?

5-01-2026, 11:32           
Abşeron xəstəxanası bazar günləri pasiyentləri qəbul etmir?
Övladının xəstəliyi ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən ana orada həkim tapmadığını iddia edir. Dediyinə görə, ona xəstəxananın bağlı olduğu bildirilib.


Xəzər TV xəbər verir ki, Abşeron rayon sakini Bahar Cəfərova azyaşlı övladının səhhətində yaranan problemlə əlaqədar rayonun mərkəzi xəstəxanasına müraciət edib.

Valideynin sözlərinə görə, xəstəxananın giriş qapıları bağlı olub və həkim tapmaq mümkün olmayıb.

Bahar Cəfərova bildirib ki, xəstəxananın qapılarını döyməsinə baxmayaraq, açan olmayıb.

Onun sözlərinə görə, azyaşlı övladında qusma və halsızlıq müşahidə olunduğu üçün həkimə müraciət edib.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, vətəndaşın müraciəti bazar gününə təsadüf etdiyindən xəstəxanada yalnız Təcili tibbi yardım şöbəsi fəaliyyət göstərib.

Belə çıxır ki, sakinlər bazar günü xəstələnsələr, ya bir gün gözləməli, ya da Bakıdakı digər xəstəxanalara üz tutmalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]